Mirzəyev Hüseyn Elsevər oğlu 19 iyul 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2018-ci ildə Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirmişdir.
2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olaraq, Hüseyn Mirzəyev Vətən müharibəsində iştirak etmiş, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda vuruşmuşdur.
21 dekabr 2020-ci ildə Şuşa şəhərinin ("Qırmızı bazar" qəsəbəsi) uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
22 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Mirzəyev Hüseyn Elsevər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra),Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətənə xidmətə görə ” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi. Ailə tərkibi: 1.Ata-Mirzəyev Elsevər Akif oğlu 2.Ana-Mirzəyeva Günel İlyas qızı 3.Qardaşı-Mirzəyev Həsən Elsevər oğlu 4.Qardaşı-Mirzəyev Hüseyn Elsevər oğlu
Mirzəyev Hüseyn Elsevər Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.