Vəliyev Oruc Ramiz oğlu 13 iyul 1994-cü ildə Gəncə şəhərində doğulmuşdur.
2001-ci ildə Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Bakı şəhərindəki 36 nömrəli tam orta məktəbi bitirmişdir.
2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət etmişdir.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. O, Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur, Murov zirvəsinin işğaldan azad edilməsində yaxından iştirak etmişdir.
1 oktyabr 2020-ci il tarixində yaralı yoldaşını döyüş bölgəsindən çıxarmaq istəyərkən şəhidlik zirvəsinə yüksəlmişdir.
18 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Subay idi.
Vəliyev Oruc Ramiz Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.