Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Həsənov Hikmət Fikrət Oğlu
  • Doğum Tarixi: 15.07.1986
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Həsənov Hikmət Fikrət oğlu 15 iyul 1986-cı ildə Gəncə şəhərində doğulmuşdur. 

1993-cü ildə M.Ş.Vazeh adına 16 nömrəli məktəbin birinci sinfinə daxil olmuş, 2004-cü ildə həmin məktəbi bitirmişdir. 

2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

2018-ci ilin iyun ayından Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Hikmət Həsənov xidmət etdiyi hərbi hissənin tərkibində cəbhəyə yollanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Murovdağ zirvəsinin azad olunmasında yaxından iştirak etmişdir. 

1 oktyabr 2020-ci ildə cəbhədə gedən ağır döyüşlərin birində şəhidlik zirvəsinə yüksəlmişdir. 

6 dekabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Həsənov Hikmət Fikrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur.

Ailəli idi. İki övladı yadigar qalıb.
Həsənov Hikmət Fikrət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş