Məmmədov Rəşad Fərəməz oğlu 4 sentyabr 1989-cu ildə Gəncə şəhərində doğulmuşdur.
2006-cı ildə Gəncə şəhər 34 nömrəli tam orta məktəbi bitirmişdir.
2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Tarix” ixtisasında təhsil almışdır.
2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2013-cü ildə Gədəbəy rayonunun Qoşabulaq kənd 1 saylı tam orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
2018-ci ildə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətini davam etdirmişdir.
2020-ci ildə Gəncə Dövlət Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr pilləsində təhsil almağa başlamışdır. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Rəşad Məmmədov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli, Qubadlı və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
8 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Rəşad Fərəməz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi
Məmmədov Rəşad Fərəməz Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.