Məmmədov Anar Qəhrəman oğlu 12 avqust 1995-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2002-ci ildə C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbə daxil olmuş, 2013-cü ildə məktəbi bitirmişdir.
2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almış, “Mühasibat uçotu və audit” ixtisasına yiyələnmişdir. 2017-2019-cu illərdə ADAU-da “Vergi və vergiqoyma” ixtisası üzrə təhsil almışdır. 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə xidmət etmiş, 2020-ci il iyulun 27-də xidmətini başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Anar Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdur. O, Tərtər rayonunun Suqovuşan kəndi, Füzuli və Cəbrayıl rayonlarının, Daşaltı kəndinin və Şuşa şəhərinin azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir.
9 noyabr 2020-ci il tarixində Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
17 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov Anar Qəhrəman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi.
Məmmədov Anar Qəhrəman Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.