Həsənov Aydın Elşən oğlu 15 dekabr 1995-ci ildə Gəncə şəhərində doğulmuşdur. 2011-ci ildə Gəncə şəhər 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey kompleksinin 9-cu sinfini bitirmiş, təhsilini 2012-2015-ci illərdə 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir.2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissədə xidmət etmişdir.27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Aydın Həsənov yenidən xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuşdur.
8 noyabr 2020-ci il tarixində Xankəndi ərazisində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlmişdir. 14 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Həsənov Aydın Elşən oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi.
Həsənov Aydın Elşən Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.