Məmmədov İbrahim Azər oğlu 25 fevral 2000-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2018-ci ildə İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbi bitirmişdir.
2018-ci ilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzində xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar o könüllü olaraq müharibəyə getmək üçün yazılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmuş, Füzuli və Zəngilan rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
9 noyabr 2020-ci il tarixində Şuşa yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
14 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədov İbrahim Azər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi. Ailə tərkibi: 1.Ata-Məmmədov Azər Arzu oğlu 2.Ana-Adıgözəlova Kəmalə Allahverdi qızı 3.Qardaşı-Məmmədov Yusif Azər oğlu 4.Bacısı-Məmmədova Azərin Azər qızı
Məmmədov İbrahim Azər Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.