Abbasov İsa Faiq oğlu 2 avqust 1996-cı ildə Gəncə şəhərində doğulmuşdur.
2003-2014-cü ildə Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil almışdır.
2014-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasında təhsil alımışdır.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2019-cu ildə hərbi xidmətini başa vurmuşdur.
27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılmışdır.O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuş, Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərə iştirak etmiş, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək Şuşanın azad olunmasında pay sahibi olmuşdur. 07.10.2020-ci ildə sağ ayağından yaralanaraq Şəmkir rayon Hərbi hospitalında yatmış, 28 oktyabr öz istəyi ilə yenidən cəbhəyə qayıtmışdır. 9 noyabr 2020-ci ildə Şuşa qalası istiqamətində irəliləyərkən şəhidlik zirvəsinə ucalmışdır.
14 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Abbasov İsa Faiq oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi.
Abbasov İsa Faiq Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.