Bayramov Elçin Sabir oğlu 1969-cu il dekabrın 19-da Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 28 saylı orta məktəbdə almışdır. 1988-1990-cı illərdə Macarıstanda hərbi xidmətdə olmuşdur. Qayıtdıqdan sonra Çini Qablar zavodunda çilingər işləmişdir. Elçin 1993-cü ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Atıcı idi. 161 saylı hərbi hissədə xidmət etmişdi. Layiqli xidmətinə görə hərbi hissə komandiri tərəfindən neçə-neçə tərifnamələr və həvəsləndirici mükafatlara layiq görülmüşdür. Hərbi hissənin zabit və gizir heyəti tərəfindən hörmətlə qarşılanan gənc əsgər Elçin ona verilən əmr və tapşırıqları layiqincə yerinə yetirirdi. Ağdam bölgəsində neçə-neçə kəndin müdafiəsində vuruşmuşdur.
Bayramov Elçin Sabir oğlu 1994-cü il dekabrın 30-da ağır gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək şəhid olur. Məzarı Gəncənin Şəhidlər Xiyabanındadır. Elçin Bayramov xatirə kitabında ölümündən 3 gün əvvəl bir parça bu şeri yazmışdır:
Əzizim dərd əlindən, Can çıxar dərd əlindən.
Bir dəfə of deməzdim, Ölsəydim mərd əlindən.
Bayramov Elçin Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.