Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Şaiq Şükür Oğlu
  • Doğum Tarixi: 26.12.1999
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Şaiq Şükür oğlu 26 dekabr 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur.

2013-cü ildə  Gəncə şəhəri Ş.İ.Xətai adına 20 nömrəli tam orta məktəbin 9-cu sinfini  bitirmişdir. 

2012-2015-ci illərdə  təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi)  davam etdirmişdir.
2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.  

27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Şaiq Məmmədov yenidən hərbi xidmətə çağrılmışdır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və işğal altında olan rayonlarımızın azadlığı uğrunda vuruşmuş, Ağdam, Füzuli və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

9 noyabr 2020-ci ildə Xankəndi şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.

13 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Məmmədov Şaiq Şükür oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Subay idi.
Məmmədov Şaiq Şükür Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş