Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Ələkbərov Rəşad İlqar Oğlu
  • Doğum Tarixi: 15.09.1997
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Ələkbərov Rəşad İlqar oğlu 15 sentyabr 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2012-ci ildə  Gəncə şəhər 44 nömrəli məktəb-liseyin  9-cu sinfini  bitirmişdir. 

2016-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.  

Hərbi xidmətdən əvvəl və sonra video operator işləmişdir.

Rəşad Ələkbərov 2020-ci ilin iyul ayında Ermənistan - Azərbaycan dövlət sərhədinin Tavuş mərzi və Tovuz rayonu əraziləri boyunca baş tutan döyüşlərdən (Tovuz hadisələrindən) sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə gedərək müharibədə iştirak etmək üçün müraciət etmişdir. 

Rəşad Ələkbərovun anası Nailə Ələkbərova I Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-1993-cü ildə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Düşmən tərəfindən atılan atəş zamanı yaxınlığına mərmi düşməsi nəticəsində yaralanıb. Nailə Ələkbərova hazırda Gəncədə “Azəraliminium” MMC-də işləyir.

27 sentyabr 2020-ci il tarixində Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Rəşad  Ələkbərov yenidən hərbi xidmətə çağrılmışdır. O, Vətən müharibəsi zamanı Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi, Füzuli rayonu, Şuşa şəhərinin Daşaltı kəndi və Xankəndi şəhəri istiqamətindəki döyüşlərdə qəhrəmanlıqla vuruşmuş, bu ərazilərin işğaldan azad edilməsində fədakarlıq göstərmişdir. 

9 noyabr 2020-ci il tarixində  Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Ələkbərov Rəşad İlqar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.

Subay  idi.
Ələkbərov Rəşad İlqar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş