Abdullayev Elşən Sabir oğlu 1 avqust 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2009-cu ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbi bitirmişdir.
2010-2014-cü illərdə Gəncə Dövlət Universitetinin “Bədən tərbiyəsi və idman müəllimliyi” ixtisasında təhsil almışdır.
2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış və həmin ilin noyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris mərkəzinin zabit kursuna daxil olmuşdur.
2015-ci ilin fevral ayında kursu bitirmiş və leytenant rütbəsi almışdır. Həmin ilin mart ayında Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmətə başlamışdır. 2019-cu ildə ona baş leytenant rütbəsi verilmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlayarkən, aktiv döyüş bölgəsinə getmək istədiyini bildirmişdir.
23 oktyabr 2020-ci ildə ailəsinə xəbər vermədən Xüsusi Təyinatlı Qoşunların tərkibinə daxil olmuş, 24 oktyabrda döyüş bölgəsinə yollanmışdır. 26 oktyabr 2020-ci ildə XTQ-nin tərkibində döyüşlərə qatılmışdır. O, ilk döyüşdən əvvəl dostuna səsli mesaj göndərərək, “Əgər şəhid olarsam bu yazını ailəmə çatdır” demişdir. Səs yazısında ailəsini çox istədiyini demiş, onun üçün çox ağlamamalarını istəmiş, halallıq vermiş və halallıq istəmişdir.
Baş leytenant Elşən Abdullayev rəhbərlik etdiyi on nəfərlik qrupla birlikdə Şuşa şəhərinin azad edilməsi uğrunda ağır döyüşlərdə igidliklə vuruşmuşdur.
9 noyabr 2020-ci ildə Şuşa-Xankəndi yolu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
12 noyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Abdullayev Elşən Sabir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Subay idi.
Abdullayev Elşən Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.