Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Qəzənfər Habil Oğlu
  • Doğum Tarixi: 23.08.1996
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Qəzənfər Habil oğlu 23 avqust 1996-cı ildə Gəncə şəhərində doğulmuşdur. 

1-ci sinfə Rusiya Federasiyasının Moskva şəhərindəki 363 saylı məktəbdə getmişdir. 

Orta təhsilini Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin 5-ci sinfində davam etdirmiş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 
2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. 

2018-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi almışdır. 

2018-ci ildə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə tağım komandiri təyin olunmuşdur. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, öz tağımı ilə birlikdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda vuruşaraq, böyük şücaət göstərmişdir.

9 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə yüksəlmişdir. 

11 noyabr 2020-ci il tarixdə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

Məmmədov Qəzənfər Habil oğlu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən III dərəcəli «Rəşadət» ordeni (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.
Məmmədov Qəzənfər Habil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş