Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Abbasov Nurhan Əlastan Oğlu
  • Doğum Tarixi: 17.06.1991
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Abbasov Nurhan Əlastan oğlu 17 iyun 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. 
2008-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, 2008-2011-ci illərdə təhsilini 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi)  davam etdirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif sahələrdə fərdi işlə məşğul olmuşdur.Vətən Müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Cəbrayıl rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir.8 noyabr  2020-ci ildə Şuşanın azad olunmasından sonra Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.11 noyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.Abbasov Nurlan Əlastan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunması uğrunda” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.Subay idi.
Abbasov Nurhan Əlastan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş