Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Rüstəmov Aydın Elxan Oğlu
  • Doğum Tarixi: 17.08.1997
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2015-ci ildə Gəncə şəhəri  32 saylı tam orta məktəbini bitirmişdir.

2015-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Avropa Texniki Universitetinə qəbul olunmuşdur. 

2019-cu ildə 4-cü kurs tələbəsi olarkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılan Aydın Rüstəmov Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. 

Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Aydın Rüstəmov bu istiqamətində gedən döyüşlərdə yaralanmış, ona ilkin tibbi yardım göstərildikdən sonra döyüşə davam etmişdir. 

8 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 

7 noyabr   2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.

Rüstəmov Aydın Elxan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.
Rüstəmov Aydın Elxan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş