Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Cəfərov Röyal Vaqif Oğlu
  • Doğum Tarixi: 07.12.1991
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Cəfərov Röyal Vaqif oğlu 7 dekabr 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2009-cu ildə Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbi bitirmişdir. 

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət  etmişdir.

2012-ci ildən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində MAHHX HQ kimi xidmətə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. O, əvvəl Murov zirvəsi, daha sonra isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. Qubadlı rayonunun işğaldan azad olunmasında böyük şücaət göstərərək rayonun mərkəzində yerləşən beşmətrəbəli binanın üstünə Azərbaycan Respublikasının dövlət bayrağını sancmışdır.

4 noyabr 2020-ci ildə Laçın dəhlizində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 

7 noyabr 2020-ci ildə Gəncədəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Cəfərov Röyal Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra)  medalı ilə təltif edilmişdir. 

Ailəli idi. İki övladı yadigar qalıb.
Cəfərov Röyal Vaqif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş