İsgəndərov Bəhruz Abbas oğlu 29 noyabr 1986-cı ildə Gəncə şəhərində doğulmuşdur.
2002-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmiş, təhsilini Bakı Texniki Kollecində davam etdirərək “Avtomobil və maşınqayırma” ixtisasına yiyələnmişdir.
2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.
2015-ci ildən MAXE hərbi qulluqçu kimi xidmət etməyə başlamışdır.
2015-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstanda xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu, Tərtər rayonunun Suqovuşan kəndi, Xocavənd rayonunun Ağoğlan (Hadrut) qəsəbəsi və Laçın rayonu istiqamətində gedən döyüşlərə qatılmışdır.
29 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
30 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
İsgəndərov Bəhruz Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli “Vətənə xidmətə görə” odeni (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Evli idi: 1 övladı yadigar qalıb.
İsgəndərov Bəhruz Abbas Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.