Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Şəfiyev Rəşad Vaqif Oğlu
  • Doğum Tarixi: 13.10.1991
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Şəfiyev Rəşad Vaqif oğlu 13 oktyabr 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

1997-ci ildə M.P.Vaqif adına 8 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin «N» saylı hərbi hissəsində xidmətə başlamışdır. 

4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutması zamanı axtarış-xilasetmə çalışmalarında fəal iştirak etmişdir. 

27 oktybar 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradaki axtarış-xilasetmə işlərinə qatılıb. 

28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində şəhid olmuşdur. 

29 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Şəfiyev Rəşad Vaqif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilmişdir.

Ailəli idi. İki övladı yadigar qalıb. 
Şəfiyev Rəşad Vaqif Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş