Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Həsənov Orxan Bəkir Oğlu
  • Doğum Tarixi: 09.05.1991
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Həsənov Orxan Bəkir oğlu 9 may 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2009-cu ildə  Gəncə şəhəri  30 nömrəli tam orta məktəbi bitirmişdir.

2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.

MAXE hərbi qulluqçu olan Həsənov Orxan Bəkir oğlu 2014-2020-ci illərdə MN-nin müxtəlif hərbi hissələrində çavuş kimi xidmət etmişdir. Xidmət dövründə Orxan Həsənov bir sıra təltiflərə layiq görülmüşdür. Belə ki, o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli  Sərəncamı ilə  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubiley medalı” ilə təltif edilmişdir.   

Vətən Müharibəsinin başladığı ilk gündən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ zirvəsi, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.

16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunması  uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  

19 oktyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Həsənov Orxan Bəkir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə   “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Ailəli idi. İki övladı yadigar qalıb.
Həsənov Orxan Bəkir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş