Əliyev Həndi Elbrus oğlu 19 iyun 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur.
1999-cu ildə Gəncə şəhər 31 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdur.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir.
5 sentyabr 2020-ci ildə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Həndi Əliyev “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur.
13 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 16 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Əliyev Həndi Elbrus oğlu Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
Subay idi.
Əliyev Həndi Elbrus Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.