Bayramov Müşfiq İlham oğlu 23 dekabr 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. 2005-ci ildə Gəncə şəhərində yerləşən 23 saylı orta məktəbi bitirmişdir. Müşfiq Bayramov 2006-cı il yanvar ayının 2-də Gəncə şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 2007-ci ildə xidmətini başa vurub ordudan tərxis olunmuşdur. 2008-ci il sentyabr ayının 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin gizir hazırlıq kursuna daxil olmuşdur. 2009-cu il mart ayının 7-də gizir hərbi rütbəsi alıb məktəbi bitirmiş, ona motoatıcı tağım komandirinin müavini kursunu bitirməsi barədə 12942 nömrəli sertifikat verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 mart 2009-cu il tarixli, 09 nömrəli əmrinə əsasən 708 saylı hərbi hissənin 3 tabor, 8 bölüyün 2 tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. 2009-cu il dekabr ayında 01 nömrəli birinci korpus komandirinin əmri ilə 3 tabor, 7 bölüyün 2 tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Müşfiq Bayramov əvvəlcə Mingəçevir, sonra isə Balakən rayonlarına göndərilərək gizir rütbəsi ilə xidmət göstərmişdir. Müşfiq Bayramov 2010-cu ilin yanvar ayından etibarən Tərtər rayonuna göndərilmiş, Həsənqaya ərazisində yerləşən 703 saylı hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünə tağım komandirinin müavini vəzifəsinə təyin olunmuş və orada xidmət göstərməyə başlamışdır. Müşfiq Bayramov tez bir zamanda xidmət etdiyi hərbi hissənin zabit-əsgər heyətinin hörmətini qazanmış, səliqəli, savadlı, qayğıkeş, nizam-intizamlı olması ilə bir çoxlarına nümunə olmuşdur. 29 avqust 2012-ci il tarixdə rəhbərlik etdiyi tağımın əsgərləri ilə Həsənqaya postuna təyin olunmuşdur. Həmin post sərhəd məntəqəsində ermənilərin tutduqları postdan 25 metrlik məsafədə yerləşir. Həmin gün təxminən saat 17 radələrində ermənilər atəşkəsi pozaraq Müşfiq Bayramovun əsgərləri ilə birlikdə tutduğu posta tərəf avtomat silahlarından atəş açmağa başlamışlar. Həmin vaxt Müşfiq Bayramov səngərdən başlarını qaldırmamağı əsgərlərinə tapşırmış, özü isə düşmənin açdığı atəş nöqtələrini izləmək üçün bir qədər irəliyə doğru irəliləmişdir. Erməni işğalçıları tərəfindən təxminən 10-15 dəqiqəyə yaxın pozulmuş atəşkəs nəticəsində Müşfiq Bayramov erməni gülləsinə tuş gələrək yerindəcə həlak olmuşdur. Onun meyiti 30 avqust 2012-ci il tarixdə valideynlərinin yaşadığı Gəncə şəhərinə gətirilmiş və həmin gün də gizir Bayramov Müşfiq İlham oğlu Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Bayramov Müşfiq İlham Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.