Əliyev Mərhab Şikar oğlu 8 mart 1979-cu ildə Gəncə şəhərində doğulmuşdur.
2001-ci ildə Goranboy rayonunun Bağçakürd kənd orta məktəbini bitirmişdir.
2001-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılan Mərhab Əliyev, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
2010-cu ildən kiçik çavuş hərbi rütbəsində MAXE hərbi qulluqçu kimi xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Tərtər rayonunun Suqovuşan kəndi, Goranboy, Füzuli, Cəbrayıl və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində yaralanan Mərhab Əliyev ARMN-nin Mərkəzi Hərbi Hospitalına yerləşdirilmişdir. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmamışdır.
15 oktyabr 2020-ci ildə ARMN-nin Mərkəzi Hərbi Hospitalında vəfat edərək şəhidlik zirvəsinə yüksəlmişdir.
16 oktyabr 2020-ci ildə Goranboy rayonunun Bağçakürd kəndində torpağa tapşırılmışdır.
Əliyev Mərhab Şikar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Əliyev Mərhab Şikar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.