Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Seyidzadə Mirhüseyn Miryunis Oğlu
  • Doğum Tarixi: 11.02.1991
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Seyidzadə Mirhüseyn Miryunis oğlu 11 fevral 1991-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur.

1997-ci ildə M.Ə.Sabir adına 5 nömrəli məktəbin 1-ci sinfinə daxil olmuşdur. 

2006-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 

2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olmuşdur. 

2010-cu ildə təhsilini başa vuraraq “Gömrükxana işi” ixtisasına yiyələnmişdir.

2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 

2016-2017-ci illərdə Türkiyə Respublikasının İstanbul şəhərində özəl şirkətdə çalışmışdır. 

2018-ci ildə Azərbaycana geri dönmüş, Azərbaycan Sülhməramlı Qüvvələrə qatılmışdır. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlamışdır.  

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Füzuli və Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

9 oktyabr 2020-ci il tarixində Füzuli rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olmuşdur. 

10 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

Seyidzadə Mirhüseyn Miryunis oğlu Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə III dərəcəli «Vətənə xidmətə görə» ordeni (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” (ölümündən sonra)  medalları ilə təltif edilmişdir. 

Subay idi.
Seyidzadə Mirhüseyn Miryunis Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş