Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Qafarov Zərbəli Vidadi
  • Doğum Tarixi: 13.06.1990
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Qafarov Zərbəli Vidadi oğlu 13 iyun 1990-cı ildə Gəncə şəhərində doğulmuşdur.

2006-cı ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.

2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, 2008-2010-cu illərdə xidməti borcunu Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində sıravi əsgər kimi yerinə yetirmişdir. 

2019-cu ildən Qafarov Zərbəli Vidadi oğlu MAHHX HQ kimi xidmət etmişdir. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Zərbəli Qafarov “N” saylı hərbi hissənin əsgəri kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Goranboy və Tərtər  rayonları ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

8 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən döyüşdə şəhid olmuşdur. 

9 oktyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. 

Qafarov Zərbəli Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilmişdir.

Ailəli idi. 2 övladı yadigar qalıb.
Qafarov Zərbəli Vidadi haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş