Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Altun Nüsrət Oğlu
  • Doğum Tarixi: 21.08.1999
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Altun Nüsrət oğlu 21 avqust 1999-cu ildə Gəncə şəhərində doğulmuşdur.

2006-cı ildə Gəncə şəhər N.Gəncəvi adına 11 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2015-ci ildə həmin məktəbi bitirmişdir. 

2015-ci ildə Ağdam Dövlət Sosial-İqtisad Kollecinə daxil olmuş, 2019-cu ildə təhsilini başa vurmuşdur.

2019-cu ilin iyulun 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış,  Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmətə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Altun Məmmədov Azərbaycan Ordusunun əsgəri olaraq Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə yer almışdır. 

2 oktyabr 2020-ci il tarixində Füzulinin Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. 

4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

Məmmədov Altun Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.
 
Məmmədov Altun Nüsrət Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş