Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Nağıyev Şahlar Nüsrət
  • Doğum Tarixi: 31.12.1987
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Nağıyev Şahlar Nüsrət oğlu 31 dekabr 1987-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2006-cı ildə Gəncə şəhər 24 nömrəli tam orta məktəbi bitirmişdir. 

2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmət etmişdir. 

2014-cü ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində MAHHX HQ  kimi xidmətə başlamışdır.

Şahlar Nağıyev tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Şahlar Nağıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Tərtər rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir.

2 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  

3 oktyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Nağıyev Şahlar Nüsrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Ailəli idi.  2 övladı yadigar qalıb. 
Nağıyev Şahlar Nüsrət haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş