İsmayılov Ceyhun Abbas oğlu 30 dekabr 1985-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2004-cü ildə Gəncə şəhər 40 nömrəli tam orta məktəbi bitirmişdir.
2004-2006-cı illərdə Dövlət Sərhəd Xidmətində xidmət etmiş, 2008-ci ildə Müdafiə Nazirliyinin SQ Təlim Tədris Mərkəzinə MAHHX HQ təyin edilmişdir.
2013-cü ildə gizir hazırlığı kursu keçmiş, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində qulluq etmiş, gizir hərbi rütbəsi almışdır.
Xidməti dövründə bir sıra təltiflərə layiq görülmüşdür. İsmayılov Ceyhun Abbas oğlu “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, "Qüsursuz xidmətlərə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ceyhun İsmayılov II Qarabağ Müharibəsində Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşdə “N” saylı hərbi hissənin komandiri kimi şəhid olmuşdur.
2 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
İsmayılov Ceyhun Abbas oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur.
Ailəli idi. 3 övladı yadigar qalıb.
İsmayılov Ceyhun Abbas Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.