Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Dünyamalıyev Elşən Mübariz Oğlu
  • Doğum Tarixi: 06.04.1997
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Dünyamalıyev Elşən Mübariz oğlu 6 aprel 1997-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2012-ci ildə Gəncə şəhər 21 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 

2015-ci ildə 3 nömrəli Peşə liseyini (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) bitirmişdir.

2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 

Elşən Dünyamalıyev tarixə “4 günlük müharibə” kimi düşən 2016-cı ilin Aprel döyüşlərinin də  iştirakçısı olmuşdur.  

2019-cu ilin 15 sentyabr tarixindən  MAHHX HQ  kimi   Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrində xidmət etmişdir.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Dünyamalıyev Elşən Mübariz oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində Füzuli  rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

30 sentyabr 2020-ci il tarixində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 

1 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Dünyamalıyev Elşən Mübariz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi. 
Dünyamalıyev Elşən Mübariz Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş