Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Ramal Məhəmməd
  • Doğum Tarixi: 01.01.2000
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Ramal Məhəmməd oğlu 1 yanvar  2000-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2016-cı ildə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. 

Kikboksinq idman növü ilə məşğul olmuşdur.

1 oktyabr 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Ailənin tək övladı olan Ramal Məmmədov Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşmaq istəyini dilə gətirmiş, hərbi hissənin komandir və zabit heyətinin təkidinə baxmayaraq,  aktiv döyüş bölgəsinə getmək fikrindən dönməmişdir. Ramal Məmmədov könüllü olaraq Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 

1 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşdə şəhid olmuşdur. 

2 oktyabr 2020-ci ildə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki məzarlıqda torpağa tapşırılmış, daha sonra yaxınlarının istəyinə uyğun olaraq şəhidin məzarı Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülmüşdür.

Məmmədov Ramal Məhəmməd oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.
Məmmədov Ramal Məhəmməd haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş