Qasımov Rəmal Saleh oğlu 15 aprel 1992-ci ildə Gəncə şəhərində doğulmuşdur.
2009-cu ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbi bitirmişdir.
2010-2012-ci illərdə Dövlət Sərhəd Xidmətində, 2013-cü ildə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində gizir hazırlıq kursu keçmiş, baş gizir hərbi rütbəsinə təyin edilmiş, tağım komandiri kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Rəmal Qasımov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşdə “N” saylı hərbi hissənin komandiri kimi öz xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
30 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılmışdır.
Qasımov Rəmal Saleh oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Ailəli idi. 2 övladı yadigar qalıb.
Qasımov Rəmal Saleh Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.