Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Quliyev Eltay Əli Oğlu
  • Doğum Tarixi: 03.06.1989
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Quliyev Eltay Əli oğlu 3 iyun 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində doğulmuşdur. 

2006-cı ildə Gəncə şəhər 33 nömrəli tam orta məktəbi bitirmişdir.

2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Milli Qvardiya – Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etmişdir.

Bir müddət Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olan Eltay Quliyev 2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşləri zamanı Azərbaycana geri dönmüş və könüllü olaraq orduya yazılmışdır. 

1 iyun 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Eltay Quliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Tərtər və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.

29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.

30 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Quliyev Eltay Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə  təltif edilmişdir. 

Ailəli idi, 3 övladı yadigar qalıb.
Quliyev Eltay Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş