Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Həşimov Nağı Anar Oğlu
  • Doğum Tarixi: 20.08.1998
  • Şəhər: Gəncə
  • Rütbə: Leytenant
  • Dövr: II Qarabağ Müharibəsi
Həşimov Nağı Anar oğlu 20 avqust 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2005-ci ildə Gəncə şəhəri İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.

2013-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul edilmişdir. 

2015-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi bitirmiş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur.

2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbininin “Yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasını bitirmişdir. 

İdmanın taekvando növü ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Taekvando Federasiyası tərəfindən medal və fərqlənmə diplomları ilə təltif edilmişdir. 

2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlamışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Leytenant Həşimov Nağı Anar oğlu hərbi anda sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirmişdir.

29 sentyabr 2020-ci il tarixində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 

29 sentyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Həşimov Nağı Anar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur. 

Subay idi.
Həşimov Nağı Anar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş