Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Bürcəliyev İlqar Vüqar Oğlu
  • Doğum Tarixi: 11.03.2001
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Bürcəliyev İlqar Vüqar oğlu 11 mart 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur.

2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2016-cı illərdə Yasamal rayonunun Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2016-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə.Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil almışdır. 

İlqar Bürcəliyev 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz" PFK-da, 2016-cı ildən isə "Zirə" PFK-da çıxış etmişdir. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi.

İlqar Bürcəliyev görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. 
Azərbaycan Ordusunun əsgəri olan İlqar Bürcəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan kəndi  istiqamətində gedən döyüşlərdə savaşmışdır. 
28 sentyabr 2020-ci il tarixində Tərtər rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. 

29 sentyabr 2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. 

Subay idi.

Bürcəliyev İlqar Vüqar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" (ölümündən sonra) və Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Bürcəliyev İlqar Vüqar Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş