Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Paşayev Abdulla Sultan Oğlu
  • Doğum Tarixi: 24.07.1998
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Paşayev Abdulla Sultan oğlu 24 iyul 1998-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2015-ci ildə Gəncə şəhər 42 nömrəli tam orta məktəbi bitirmiş, 2017-ci ildən təhsilini Gəncə Dövlət Regional Kollecinin “Bədən tərbiyəsi və idman” ixtisadında (əvvəlki Gəncə Texniki Kolleci) davam etdirmiş, 2019-cu ildə məzun olmuşdur.

24 iyul 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

27 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.

28 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. 

Paşayev Abdulla Sultan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.
Paşayev Abdulla Sultan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş