Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Babayev Elvin Əkbər Oğlu
  • Doğum Tarixi: 28.02.2001
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Babayev Elvin Əkbər oğlu 28 fevral 2001-ci ildə Gəncə şəhərində doğulmuşdur. 

2008-ci ildə Bakı şəhəri Leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 
Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olmuşdur. Vətənpərvər və fəal şagird olaraq tanınan Elvin Babayev təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinlər” Hərbi Komandasının manqa komandiri olmuşdur.

2019-cu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elvin Babayev Ağdam və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 7 oktyabr 2020-ci il tarixində II Fəxri Xiyabanda dəfn edilmişdir.Babayev Elvin Əkbər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif edilmişdir. Subay idi.
Babayev Elvin Əkbər Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş