İsmayılzadə Müşfiq Xanlar oğlu 16 oktyabr 1994-cü ildə Tovuz rayonun Alakol kəndində doğulmuşdur.
2001-ci ildə Tovuz rayon Alakol kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2009-cu ildə Gəncə şəhər 44 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına getmiş, bir müddət orada çalışmış, 2016-cı ildə Azərbaycana geri dönmüşdür. 2019-cu ildən MAXE hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət etməyə başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. İsmayılzadə Müşviq Xanlar oğlu Vətən müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Murovdağ və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yer almışdır.
1 oktyabr 2020-ci ildə Kəlbəcər rayon istiqamətində şəhidlik zirvəsinə ucalmışdır. 19 dekabr 2021-ci ildə Tovuz rayonu Alakol kəndində dəfn olunmuşdur. Subay idi.
İsmayılzadə Müşfiq Xanlan Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.