Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Məmmədov Araz Telman Oğlu
  • Doğum Tarixi: 18.11.1980
  • Şəhər: Gəncə
  • Dövr: II Qarabağ Müharibəsi
Məmmədov Araz Telman oğlu 18 noyabr 1980-ci ildə Şəmkir şəhərində doğulmuşdur. 

1986-cı ildə Şəmkir şəhər N.Nərimanov adına tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, orta təhsilini burada almışdır. 
2001-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissəsində xidmət etmişdir.

27 yanvar 2003-cü ildə “N” saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi çalışmışdır.

6 mart 2014-cü ildə xidmətini Müdafiə Nazirliyinin “N”saylı hərbi hissəsində 4-cü taborun minaatan batareyasının 2-ci tağımın 2-ci minaatan manqasında sürücü kimi davam etdirmişdir.

Hərbi xidmətdə olduğu dövrdə bir sıra təltiflərə layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən   “Qüsursuz xidmətə görə” II dərəcəli medalı, “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. O, xidmət etdiyi hərbi hissənin tərkibində Murovdağ  istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 

28 sentyabr 2020-ci ildə  Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir.
11 dekabr   2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Məmmədov Araz Telman oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 

Ailəli idi, 2 övladı yadigar qalıb. Ailəsi Gəncə şəhərində yaşayır.
Məmmədov Araz Telman Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş