Şəhidlərimiz — II Qarabağ Müharibəsi


Hüseynov Röyan Sübhan Oğlu
  • Doğum Tarixi: 21.03.2001
  • Şəhər: Gəncə
  • Rütbə: Əsgər
  • Dövr: II Qarabağ Müharibəsi
Hüseynov Röyan Sübhan oğlu 21 mart 2001-ci ildə Gədəbəy rayonunun Parakənd kəndində doğulmuşdur.

2007-ci ildə Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbi bitirmişdir.
Təhsil aldığı müddətdə cüdo idman növü ilə məşğul olmuşdur. O fərqli vaxtlarda Cüdo üzrə Respublika Turnirində 3-cü yerə layiq görülmüş,  şəhər birincisi olmuşdur. Gəncə İdman Klubunun üzvü idi.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Röyan Hüseynov torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır. 

9 oktyabr 2020-ci tarixində Xocavənd rayonu ərazisində gedən döyüşlərdə düşmən snapyerinin atəşi nəticəsində şəhid olmuşdur.
10 oktyabr 2020-ci tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Hüseynov Röyan Sübhan oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi. 
Hüseynov Röyan Sübhan Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş