Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Yusifova Məxluqə Xudayar Qızı
  • Doğum Tarixi: 02.01.1965
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Yusifova Məxluqə Xudayar qızı 2 yanvar 1965-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1979-cu ildə Nigar Rəfibəyli adına 43 saylı orta məktəbi bitirib elə həmin il İnşaat Texnikumunun İqtisadiyyat fakültəsinə daxil olmuş və 1983-cü ildə həmin texnikumu bitirmişdir. Məxluqə Yusifova ilk əmək fəaliyyətinə üç saylı Tikinti Trestində iqtisadçı-mühəndis vəzifəsində işləməklə başlamışdır. O, 1986-cı ildə Yusifov Canpolad Arif oğlu ilə ailə qurmuş və birgə nikahdan iki qız övladları dünyaya gəlmişdir. Yusifova Məxluqə Xudayar qızı 1988-ci il noyabr ayının 25-də Gəncə şəhər doğum evindən çıxarkən ermənilər tərəfindən güllələnmiş, şəhər üç saylı xəstəxanasına yerləşdirilsə də aldığı güllə yarası ilə xəstəxanada vəfat etmişdir. Məxluqə Yusifova dünyaya gözlərini əbədi yumsa da on yeddi günlük körpəsi sağ qalmış və həmin körpəyə mərhumənin öz adı verilmişdir. Yusifova Məxluqə Xudayar qızı Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid» adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqı qaydalarına əsasən Yusifova Məxluqə Xudayar qızı şəhid elan olunmuş və şəhidin ruhuna hörmət əlaməti olaraq 21 saylı məktəbdə şəkli şəhidlərə aid guşədə asılmışdır.
Yusifova Məxluqə Xudayar Qızı haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş