Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Verdiyev Haqverdi Camal Oğlu
  • Doğum Tarixi: XX.XX.1958
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Verdiyev Haqverdi Camal oğlu 1958-ci ildə Şəmkir rayonunun Qapanlı kəndində anadan olmuşdur. O, 1976-cı ildə İ.Məmmədov adına Qapanlı kənd orta məktəbini bitirmişdir. Haqverdi Verdiyev 1977-ci ildə Sovet ordusunda xidmət etdikdən sonra Rusiyanın Novqorod şəhərində milis məktəbinə daxil olmuş və oranı fərqlənmə dipolmu ilə bitirərək leytenant rütbəsinə yüksəlib hava limanında desant qoşunlarında xidmət etmişdir. O, 1990-cı ildə xüsusi təyinatla polis alayında işləməyə başlamışdır. Verdiyev Haqverdi Camal oğlu 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə böyük fədakarlıqla iştirak etmişdir. Döyüş yoldaşlarının dediklərinə görə o, 39 nəfər on yeddi yaşlı əsgərləri mühasirədən çıxartmış, özü isə axıra qədər mühasirədə qalaraq vuruşmuşdur. Bir neçə döyüş əməliyyatlarının həyata keçirilməsində layiqli iştirak etmişdir. Müharibə zonasında ərzaqsız qalan dinc sakinlərə, qocalara, uşaqlara və əsgərlərə kömək etmək məqsədilə iri qabaritli hərbi maşınları idarə edərək, güllə-boran atəşlərinə baxmayaraq, həyatı bahasına başa gələrək həmin yolu dəfərlərlə qət edib ərzaq çatdırmışdır. Verdiyev Haqverdi Camal oğlu Ağdərə bölgəsində Atek kəndində qəhrəmancasına şəhid olmuş və 5 sentyabr 1992-ci ildə Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.  Haqverdi Verdiyev  ailəli olmuş, Zamiq və Ramil adlı 2 oğlan övladları var.
 
Verdiyev Haqverdi Camal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş