Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Bağırov Fizuli İslam Oğlu
  • Doğum Tarixi: 25.02.1970
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Bağırov Fizuli İslam oğlu 25 fevral 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 37 saylı orta məktəbin 8-ci sinfini bitirdikdən sonra, avtomobil rəngsazı peşəsinə yiyələnmişdir. Fizuli Bağırov 1988-1990-cı illərdə Leninqrad şəhərində həqiqi hərbi xidmətdə olmuş, hərbidən qayıtdıqdan sonra isə Gəncə şəhərində yerləşən «VAZ-ın təmiri emalatxanası»nda rəngsaz kimi işləmişdir. Fizuli Bağırov 1992-ci ilin yanvar ayında könüllü olaraq silaha sarılaraq cəbhəyə yollanmış, 709 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, bir neçə kəndin müdafiəsində hünərlə iştirak etmiş, döyüş bacarığı ilə şəxsi heyətin böyüş hörmətini qazanmış və ona tapşırılan döyüş tapşırıqlarını layiqincə yerinə yetirmişdir. Bağırov Fizuli İslam oğlu 6 iyul 1993-cü ildə Ağdam rayonunun Şahbulaq dağında döyüş əməliyyatını yerinə yetirərkən itkin düşmüş, Kəpəz Rayon Məhkəməsinin 2-2222001 nömrəli qətnaməsi ilə ölmüş elan edilmişdir.
 
Bağırov Fizuli İslam Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş