Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Verdiyev Dilqəm Nəcəf Oğlu
  • Doğum Tarixi: 01.11.1969
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Verdiyev Dilqəm Nəcəf oğlu 1 noyabr 1969-cu ildə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndində anadan olmuşdur. O, 1987-ci ildə Sarısu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və 1990-cı ildə hərbi xidməti bitirib vətənə qayıtmışdır. O, hərbi xidməti bitirdikdən sonra Gəncə şəhər 3 saylı trestin 39 saylı tikinti-quraşdırma idarəsində əmək fəaliyyətinə başlamışdır. 1991-ci il aprel ayının 26-da atası Verdiyev Nəcəf Əşrəf oğlu erməni daşnakları ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. Həmin döyüşdə xüsusi təyinatlı polis dəstəsinin üzvlərindən də şəhid olanlar və ağır yaralananlar olmuşdur. Azərbyacan milli ordusu yaranan kimi Verdiyev Dilqəm Nəcəf oğlu Xanlar (indiki Göygöl) rayon 815 saylı özünümüdafiə batalyonuna qəbul olunmuş, doğma Sarısu kəndinin müdafiəsində daha yaxından iştirak  etməyə başlamışdır. 1992-ci il yanvarın 1-də Canbaz dağı ətrafında gedən döyüşlərdə döyüş yoldaşı Teyyub yaralanarkən  ona kömək etmək istəyən Dilqəm Verdiyev yaxınlıqdakı fermada gizlənmiş erməni quldurları tərəfindən qəfil açılan atəşlə şəhidlik zirvəsinə ucalmışdır. Dilqəm Verdiyevin həlak olduğunu görən döyüş yoldaşı Sabir Hüseynov ona kömək etmək məqsədilə irəliyə doğru addımlayan zaman ağır yaralanmışdır. Sonradan köməyə gələn Verdiyev İntiqam Nəcəf oğlu bir saat ərzində erməni qəsbkarları ilə qarşı qarşıya dayanaraq vuruşmuşdur. Bundan sonra köməyə özünü çatdıran əmisi Verdiyev Eldar Əşrəf oğlu fermaya daxil olaraq orada gizlənən və Dilqəmi vuran həmin iki ermənini məhv etmişdir. Verdiyev Dilqəm Nəcəf oğlunun ruhuna hörmət əlaməti olaraq Gölgöl rayonunda yerləşən küçələrdən biri onun adını daşıyır. Sarısu kənd orta məktəbi isə atası şəhid Nəcəf Verdiyevin adını daşıyır.
Verdiyev Dilqəm Nəcəf Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş