Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Sadıqov Nəsıb Əli Oğlu
  • Doğum Tarixi: 14.04.1947
  • Şəhər: Gəncə
  • Rütbə: Baş Çavuş
  • Dövr: I Qarabağ Müharibəsi
Sadıqov Nəsib Əli oğlu 14 aprel 1947-ci ildə Tovuz rayonunun Köhnəqala kəndində anadan olmuşdur. O, 1962-ci ildə həmin kənd məktəbinin 8-ci sinfini bitirmişdir. Nəsib Sadıqov hələ uşaq ikən valideynlərini itirmişdir. Nəsib Sadıqov hərbi xidmətə gedənə qədər istehsalatda çalışmışdır. O, 1965-ci ildə Riqa şəhərində hərbi xidmətə yollanmış və 1967-ci ildə təxris olunmuşdur. Hərbiyə olan marağını nəzərə alıb ona hərbi hissədə qalmagı məsləhət gördükləri üçün o, bu təklifi qəbul edib hərbi hissədə praporşik vəzifəsində qalıb işləmişdir. Nəsib Sadıqov Riqa şəhərindəki xidməti dövründə tam orta təhsil və ikiillik hərbi texnikuma daxil olub oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1979-cu ildə Gürcüstanın hərbi hissələrində qulluğunu davam etdirmiş və 1987-ci ildə öz arzusu ilə Gəncə şəhərində yerləşən hərbi hissəyə göndərilmişdir. Bundan sonra qulluq etdiyi hərbi hissə Respublika Daxili Qoşunların tabeçiliyinə verilmiş və Sadıqov Nəsib Əli oğlu həmin vaxtdan etibarən polis baş çavuşu rütbəsinə təyin edilmişdir. 1988-ci ildə erməni faşistləri Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlayanda komandirləri tərəfindən Nəsib Sadıqovun öhdəsinə 30 əsgər verilərək Qazax rayonunun müdafiəsinə göndərilmişdir. O, orada dəfələrlə erməni faşistlərinin hücumunun qarşısını almaqda böyük şücaət və qəhrəmanlıq göstərmiş, ermənilər xeyli sayda itki verərək geri çəkilmişlər. Bundan sonra Nəsib Sadıqov Murov dağı və Ağdərə rayonlarının müdafiəsində də qəhrəmanlıqla işitark etmişdir. Murov dağında döyüşən zaman öz dəstəsiylə birlikdə erməni mühasirəsinə düşmüş, üç gün ac-susuz mühasirədə qalmışlar. Onun cəsurluğu sayəsində onlar itki vermədən mühasirəni yararaq azad ola bilmişlər. Uzun döyüş yolu keçmiş Sadıqov Nəsib Əli oğlu həmişə döyüşlərdə mərdlik və qəhrəmanlıq göstərmişdir. Sadıqov Nəsib Əli oğlunun sonuncu döyüşü 1992-ci il sentyabrın ayının 19-da Agdərə rayonunun müdafiəsi zamanı olmuşdur. Əsgərləri döyüşə aparan zaman idarə etdiyi avtomobil ermənilərin minasına düşmüş, həmin gecə axtarış zamanı avtomobildə olan əsgərlər yaralı vəziyyətdə tapılaraq hərbi hospitala yerləşdirilmişlər. Atışma güclü olduğundan həmin gecə Nəsibin meyitini tapmaq mümkün olmamış, səhərisi gün Sadıqov Nəsib Əli oğlu idarə etdiyi avtomobildən xeyli aralıda ağır yaralı vəziyyətdə tapılmışdır. Təcili olaraq Ağdam Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin göstərdiyi səyə baxmayaraq o, xeyli qan itirdiyindən elə həmin xəstəxanada gözlərini əbədi olaraq yummuş və Tovuz şəhər qəbiristanlığında dəfn edilmişdir. O, ailəli olmuş, hazırda iki qız övladı var. Sadıqov Nəsib Əli oğlunun ruhuna hörmət əlaməti olaraq Tovuz şəhərində yerləşən küçələrdən biri onun adını daşıyır.                                         
Sadıqov Nəsıb Əli Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş