Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Rəsulov Ələkbər Camal Oğlu
  • Doğum Tarixi: 10.09.1973
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Rəsulov Ələkbər Camal oğlu 10 sentyabr 1973-cü ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1980-ci ildə Gəncə şəhər dəmir yol orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1990-cı ildə isə həmin məktəbin 10-cu sinfini müvəffəqiyyətlə bitirmişdir. Ələkbər Rəsulov dərslərindən həmişə əla qiymətlər almış, müəllim və şagird kollektivinin dərin hörmətini qazanaraq hamının sevimlisinə çevrilmişdir. O, məktəbin bütün ictimai işlərində fəal iştirak etməklə yanaşı müəllimlər tərəfindən verilən tapşırıqları da vaxtında yerinə yetirmişdir. Ələkbər Rəsulov nümunəvi davranışı ilə diqqəti cəlb etmiş, ünsiyyətdə nəzakətli, təvazökar, siyasi cəhətdən savadlı olmuşdur. Onun arzusu tarixçi olmaq olmuş, sənədlərini Bakı Dövlət Universitetinə versə də imtahanlardan 4 (dörd) qiyməti aldığı üçün müsabiqəyə buraxılmamışdır. Ələkbər Rəsulov da Qarabağı düşməndən azad etmək üçün qeyrətli oğullarımız kimi silaha sarılaraq cəbhəyə yollanmış, Füzuli rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə igidlik göstərmişdir. O, nizam-intizamlı əsgər olduğu üçün döyüş yoldaşlarının və zabit heyətinin böyük hörmətini qazanmış, bir neçə döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Rəsulov Ələkbər Camal oğlu 1992-ci il iyul ayının 26-da Füzuli rayonunun Xatınbəyli kəndi uğrunda gedən qızğın döyüş zamanı erməni gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ələkbər Rəsulov Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Rəsulov Ələkbər Camal Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş