Rəhimov Əvəz Hüseynqulu oğlu 1 mart 1964-cü ildə Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur. O, 1981-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. Əvəz Rəhimov tələbə inşaat dəstələrində institutun öndə gedən tələbələrindən olmuşdur. Eyni zamanda Əvəz Rəhimov gözəl futbolçu idi. O, Azərbaycan Texniki Universitetini bitirdikdən sonra 1986-cı ildə təyinatla Ulyanovsk şəhərinə göndərilmiş, iki il orada qalıb işlədikdən sonra 1988-ci ildə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüşdür. Əvəz Rəhimov 1988-ci ildə Gəncə Maşınqayırma zavodunda mühəndis kimi işə qəbul olmuş, eyni zamanda həmkarlar komitəsinin sədri vəzifəsində də çalışmışdır. O, 1989-cu ildə ailə qurmuş, Arzu və Elvin adlı, bir qız və bir oğlan övladları dünyaya gəlmişdir. Əvəz Rəhimov könüllü olaraq işlədiyi zavoddan 1992-ci ildə cəbhəyə getmiş, kapitan türbəsi ilə batalyon komandiri vəzifəsində xidmət etmişdir. O, ağır döyüşlər zamanı iki dəfə yaralansa da müalicə olunub yenidən cəbhəyə yollanmış, hərbi texnikanın mahir bilicisi olmuşdur. Əvəz Rəhimov 1994-cü ildə Tərtər rayonunda «N» saylı hərbi hissənin tərkibində batalyon komandiri kimi xidmət etmişdir. Rəhimov Əvəz Hüseynqulu oğlu döyüş zamanı 21 nəfərin həyatini xilas edərkən 23 iyul 1997-ci ildə Tərtər rayonu ərazisində qəhrəmancasına yaralanmış, 24 iyul 1997-ci ildə aldığı güllə yarası ilə gözlərini əbədi yummuş və Bakı şəhərində dəfn olunmuşdur.
Rəhimov Əvəz Hüseynqulu Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.