Paşayev Vüqar Dilqəm oğlu 1975-ci ildə Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olmuşdur. O, 1992-ci ildə Mollahəsənli kənd orta məktəbini bitirdikdən sonra həmin il Azərbaycan Respublikası Hərbi Akademiyasına daxil olmuşdur. Vüqar Paşayev çox savadlı, qabiliyyətli gənc olmuş, kitab oxumağı çox sevmiş, hər şeylə maraqlanarmış. Vüqar Paşayev əla qiymətlərlə Hərbi Akademiyada oxusa da, vətənin ağrılı-acılı günlərində rahat dayana bilməyib cəbhəyə getməyə can atmışdır. 1993-cü ildə vətənin ağır günlərində Akademiyanın bir qrup müəllim və tələbələri ilə yanaşı Vüqar da Qarabağda gedən döyüş bölgəsinə yollanmışdır. Ağdamın kəndlərinin birində 1993-cü ilin qışında gedən döyüşlər zamanı müəllim və tələbələr, o cümlədən Vüqar da onlarla birgə gecə-gündüz mühasirədə qalsalar bacarıqlı müəllimin köməkliyi ilə mühasirədən çıxa bilmişlər. Onlar bir neçə gün davam etmiş qızğın döyüşlərdə iştirak etdikdən sonra yenə təhsillərini davam etməyə qayıtmışlar. 1994-cü ilin qarlı-şaxtalı fevral ayında yenidən həmin heyət Murovdağda gedən döyüşə göndərilmişdir. Tələbə yoldaşlarının, döyüş dostlarının dediklərinə görə, Vüqar Paşayev çox fəal olmuş, döyüş zamanı hər an ön sıralarda getmişdir. Paşayev Vüqar Dilqəm oğlu qızğın döyüşlərin birində, 18 fevral 1994-cü il tarixdə düşmən snayperinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış, 21 fevral 1994-cü ildə Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Paşayev Vüqar Dilqəm Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.