Namazov Xazeyin Mirzə oğlu 9 avqust 1972-ci ildə Gürcüstan Respublikası Dmanisi rayonunun Salamməlik kəndində anadan olmuşdur. İlk təhsilini Salamməlik kənd orta məktəbində alan Xazeyin 1987-ci ildə valideynləri ilə birlikdə Gəncə şəhərinə gəldiyi üçün təhsilini 77 saylı peşə məktəbində davam etdirmiş və çilingər peşəsinə yiyələnmişdir. Bundan sonra Xazeyin Namazov təhsilini Sverdlovsk şəhərində Peşə-Təsərrüfatı İnstitutunda davam etdirmiş, vətənin ağrılı-acılı günlərində erməni işğalçılarının haqsızlığına dözə bilməmiş və ikinci kursu bitirdikdən sonra qiyabi şöbəyə keçib Azərbaycana gəlmişdir. Xazeyin Namazov 1991-ci ilin oktyabr ayında öz istəyi ilə həqiqi hərbi xidmətə getmiş, Şamaxıda yerləşən 736 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. 1993-cü ildə Ağdamın işğalı zamanı oraya yollanmış və oradakı 702 saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Ağdam rayonunun Novruzbəyli, Qiyasbəyli, Gülablı kəndlərinin müdafiəsində iştirak etmişdir. Erməni işğalçıları ilə Ağdam rayonunda yerləşən «Neft bazasının» yaxınlığında atışma zamanı Ağdam rayonunun işğalı günü itkin düşsə də bu haqda valideynlərinə 13 avqust 1993-cü ildə xəbər verilmişdir.
Namazov Xazeyin Mirzə Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.