Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Babacanov Vidadi Fazil Oğlu
  • Doğum Tarixi: 10.04.1961
  • Şəhər: Gəncə
  • Rütbə: -
  • Dövr: I Qarabağ Müharibəsi
Babacanov Vidadi Fazil oğlu 1961-ci il aprelin 10-da Gəncə şəhərində anadan olmuşdur. 29 saylı orta məktəbin 8 sinfini bitirdikdən sonra 1982-ci ildə Gəncə Politexnik Texnikumunda elektrikçi ixtisasına yiyələnmişdir. Vidadi Babacanov 1982-1984-cü illərdə Belarusiyanın Vitebsk şəhərində həqiqi hərbi xidmətdə olmuşdur. 1986-cı ildə ailə qurmuşdur. İki oğlu var.

Gəncədə «Təyyarə təmiri emalatxanası»nda işləmişdi. Ermənilərin Azərbaycana işğalçı hücumları başlananda Vidadi könüllü olaraq cəbhə bölgəsinə getmişdir. 208 saylı hərbi hissədə xidmət etməyə başlamışdır. O, Ağdərə bölgəsində xüsusilə fərqlənmişdi.  Göstərdiyi layiqli xidmətə görə  Vidadi Babacanovun ailəsinə dəfələrlə hərbi hissə komandiri tərəfindən təşəkkür məktubları göndərilmişdir.

Babacanov Vidadi Fazil oğlu 1992-ci il iyulun 3-də Marquşavan kəndində qanlı döyüşlərin birində ağır yaralanmışdır. Bir müddət Bakıda xəstəxanada qalmışdır. Güllə zəhərli olduğundan 3 dəfə cərrahiyyə əməliyyatı aparılsa da, artıq gec idi. Vidadi Babacanov  iki oğul balası ilə vidalaşmalı olur. Şəhidlər Xiyabanında dəfn olunur. Gəncə şəhər rəhbərliyinin təşəbbüsü ilə 2000-ci ildə mərhumun yaşadığı mənzilin qarşısında ehsan bulağı inşa edilmişdir.
Babacanov Vidadi Fazil Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş