Şəhidlərimiz — I Qarabağ Müharibəsi


Musayev Saleh Sabir Oğlu
  • Doğum Tarixi: 07.04.1970
  • Şəhər: Gəncə
  • Rütbə: Baş Leytenant
  • Dövr: I Qarabağ Müharibəsi
Musayev Saleh Sabir oğlu 7 aprel 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 8-ci sinfə qədər Yevlax rayonunda yerləşən 4 saylı orta məktəbdə təhsil almış, sonra isə Bakı şəhərində 1 nömrəli riyaziyyat təmayüllü internat-məktəbində təhsilini davam edirmiş və 1987-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Saleh Musayev həmin il sənədlərini Poltava şəhərindəki Vatutin adına zenit-raket zabitləri hazırlayan ali hərbi məktəbə vermiş və 1991-ci ilin mayında oranı uğurla bitirərək ali təhsilli hərbi mühəndis ixtisası ilə bərabər leytenant rütbəsi almışdır. Təyinat üzrə Qərbi Ukraynanın Lvov şəhərinə hərbi xidmətə göndərilmişdir. Erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü gənc zabit Saleh Musayevi hər an narahat etmiş, dəfələrlə xidmət etdiyi hərbi hissənin rəhbərliyinə müraciət edərək Azərbaycana gəlmək istədiyini bildirsə də buna imkan verməmişlər. Nəhayət, çox mübahisələrdən sonra Saleh Musayevin Azərbaycanda olan MDB hərbi hissələrindən birində gəlib xidmət etməsinə icazə vermişlər. Saleh Musayev Azərbaycan ordusunun baş komandanlığı tərəfindən Gəncə şəhərində yenicə yaranmış hərbi hissələrin birinə artilleriya komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi az bir müddət ərzində hissənin rəhbərliyi Salehin əməyini yüksək qiymətləndirmiş və ona baş leytenant hərbi rütbəsi verilməsi haqda Ali Baş Komandanlığa raportla müraciət etmişdir. Baş leytenant Saleh Musayev Ağdərə bölgəsinin erməni işğalçılarından müdafiə olunmasında böyük qəhrəmanlıq göstərmişdir. Onun son döyüşü noyabr ayının 14-də Çıldıran kəndi uğrunda olmuş, qeyri-bərabər qüvvəllərdən ibarət olan döyüş zamanı Musayev Saleh Sabir oğlu qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
Musayev Saleh Sabir Oğlu haqqında xatirəni əbədiləşdir.
Xatirə dəftəri
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Həyat Yoldaşı
Adınız və Soyadınız

Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.

Döyüş Yoldaşı
Adınız və Soyadınız

Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.

Vətəndaş
Sosial Şəbəkədə Paylaş