Məsimov Saleh Əliyar oğlu 19 aprel 1977-ci ildə Qərbi Azərbaycanın Güllübulaq kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələrlə əlaqədər olaraq valideynləri ilə birlikdə Gəncə şəhərinə pənah gətirən Saleh 9 saylı orta məktəbdə təhsil almış və məktəbin 9-cu sinfini bitirdikdən sonra 20 nömrəli texniki- peşə məktəbində dülgərlik peşəsinə yiyələnmişdir. Saleh Məsimov 1995-ci ilin mayında həqiqi hərbi xidmətə çağırılmış və 181 saylı hərbi hissənin tərkibində xidmət etməyə başlamışdır. O, Ağdam–Füzuli bölgəsində vuruşmuşdur. Saleh Məsimov özünə-məxsus yüksək döyüş bacarığı ilə həmişə əsgər yoldaşlarından seçilmişdir. Erməni işğalçılarına qarşı aparılan qızğın döyüşlər zamanı 1996-cı il oktyabr ayının 30-da ağır yaralanaraq Bakı şəhər hospitalına aparılmış, 7 gün xəstəxanada qalıb əməliyyat olunsa da, həkimlər igid həmyerlimizi həyata qaytara bilməmişlər. Məsimov Saleh Əliyar oğlu aldığı güllə yarası ilə xəstəxanada vəfat etmişdir. Saleh Məsimov Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Məsimov Saleh Əliyar Oğlu haqqında xatirəni əbədiləşdir.
Vətən uğrunda canından keçərək onların tarixə əbədi yazılmaları, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.
Vətəndaş
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Həyat Yoldaşı
Adınız və Soyadınız
Onların vətən uğrunda canından keçərək əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı dəyərli xatirəni bölüş və əbədiləşdir.
Döyüş Yoldaşı
Adınız və Soyadınız
Vətən uğrunda canından keçərək onların əbədi tarixə yazılmarı, onların qəhrəmanlıq hekayəsidir. Onunla bağlı fikrini bölüş və dəyərli xatirəni əbədiləşdir.